Daha asan və səmərəli Facebook reklam ödənişləri

Azərbaycanda fəaliyyət göstərən Meta Sertifikatlı Şirkət — Evido tərəfindən xüsusən kiçik və orta bizneslər üçün hazırlanmış rəqəmsal reklam həlli

Azərbaycanda bir çox şirkət bizə etibar edir

Facebook reklam ödənişləri
Evido Pay ilə daha rahatdır!

Evido olaraq müştərilərimizə reklam ödənişləri prosesini asanlaşdıran həll təklif edirik. Xüsusən kiçik və orta bizneslərə uyğunlaşdırılmış büdcə idarəetmə alətimiz işlərə rahatlıq qatır

Büdcənin artırılması, bölünməsi və izlənilməsi

Evido balansınızı bir dəfə artırdıqdan sonra büdcəni reklam hesablarınız arasında asanlıqla bölmək olur. Beləliklə, bütün reklam xərclərinizi bir səhifədən izləmək şansı qazanırsınız

Hazır hesabatlar

Sizə ayda bir dəfə e-mail vasitəsilə reklam nəticələrinizdən ibarət yekun sənədlər göndəririk. Bu sənədləri, həmçinin Evido hesabınızdan da əldə etmək mümkündür

Avtomatik konvertasiya

Evido Pay sayəsində reklam hesablarını birbaşa AZN ilə artırmaq olur. Ödənişlərinizi avtomatik olaraq ABŞ dollarına çeviririk

İstəyə uyğun ödəniş üsulu

Reklam ödənişlərini kart və ya bank köçürməsi vasitəsilə edə bilirsiniz. Üstəlik, balansın artırılması zamanı əlavə komissiya tutulmur

Xərclərin limitlənməsi

Kampaniyaları başlatmazdan əvvəl balansları hədəfinizə uyğun olaraq artırır, hər reklama məhz planlaşdırdığınız qədər xərcləyirsiniz

0% xidmət haqqı

50 AZN  mİnİmum BALANS + ƏDV
0 % ƏLAVƏ vergİ
Necə olduğunu izah edək

Facebook reklam problemlərinin həlli Evido dəstək komandasında!

Evido müştərisi olduqda:

Reklam parametrləri ilə bağlı suallarınıza WhatsApp-dan cəmi 5 dəqiqə ərzində, azərbaycanca cavab alırsınız
Reklamlarınızda yaranan problemləri araşdırır və həll yolu ilə bağlı köməklik göstəririk
Azərbaycanca yazılmış və asanlıqla anlaşılan Facebook təlimatlarına çıxış əldə edirsiniz

Köməyə hazırıq!

Günel
Müştəri Həlləri üzrə Menecer
Leyla
Müştəri Həlləri üzrə Menecer

Bu nişan uğur göstəricimizdir

Biz Azərbaycanda fəaliyyət göstərən Meta Sertifikatlı Şirkətik. Uğur göstəricimiz olan rəsmi Meta nişanımızı gördüyünüz an etibarlı əllərdə olduğunuza güvənə bilərsiniz

Müştərilərimiz haqqımızda nə deyir?

İşimizi xeyli asanlaşdıran bu platformanı çox bəyənirəm. Xüsusən balansı bir səhifədən idarə etmək çox köməyimə çatır. Üstəlik, daha dollar kartının balansını artırmaq, xarici valyutada kart açmaq və ya limitlərlə əlləşmək kimi problemlərim geridə qalıb. Balans demişkən, platformadan limitləri idarə edə bilmək, balansı reklam hesabları arasında bölmək və ya ümumi balansa geri qaytarmaq kimi funksiyalar sayəsində büdcə idarəetməsi də asanlaşıb.
Əli Mahmudov
“BE DIGITAL” MMC-də Rəqəmsal Marketinq Mütəxəssisi

dİgər faydalı alətlər

Hər reklam mərhələsinə uyğun həllər

İstifadəsi rahat marketinq avtomatlaşdırma alətlərimizlə işinizi asanlaşdıra bilərsiniz

Analitika

Təqdimatlarda avtomatik olaraq yaradılan hazır diaqramlardan istifadə edin

Sənayeyə uyğun kütlə seçimi

Biznesinizin sənayesinə uyğunlaşdırılmış kütlə ön tənzimləmələri ilə reklamlarınızın əhatə dairəsini genişləndirin

Aşağı balans xəbərdarlıqları

Telegram və ya WhatsApp-dan potensial reklam fasilələri barədə bildirişlər alın